Səudiyyə Ərəbistanının Cizan bölgəsində dron hücumu nəticəsində iki nəfər yaralanıb
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanının Cizan bölgəsində dron hücumu nəticəsində iki nəfər yaralanıb


Husilərin Səudiyyə Ərəbistanının cənubundakı Cizan bölgəsinin Əl-Taval əyalətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb, məscidə, bir neçə evə və avtomobilə ziyan dəyib.

"Far.Az"un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir.

Xidmət mülki hədəflərə endirilən zərbələri beynəlxalq humanitar hüququn kobud şəkildə pozuntusu kimi qiymətləndirib və əlavə edib ki, hakimiyyət orqanları bu cür hadisələr üçün müəyyən olunmuş prosedurları tətbiq edib.

Daha əvvəl Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi dron hücumu nəticəsində "Şərq-Qərb" neft boru kəmərinin işinin dayandırıldığını açıqlayıb.

Oxşar xəbərlər

BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər