Kirill Budanov: Ukrayna oktyabrda sülh danışıqlarına hazırlaşır
ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər.
"Far.Az"un məlumatına görə, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bunu Kiyevdə keçirilən YES görüşü çərçivəsində "İnterfaks-Ukraina" xəbər agentliyinə açıqlamasında bildirib.
"Hazırlaşırıq. Oktyabr ayına..", - K.Budanov deyib.
O, həmçinin üçtərəfli formatın müzakirə olunduğunu təsdiqləyib. Lakin danışıqların mümkün yeri barədə şərh verməkdən imtina edib.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio xüsusi elçilər Stiv Uitkov və Cared Kuşnerin həftəsonu Kiyevdə və Moskvada keçirilən danışıqları məzmunlu adlandırıb və onların danışıqların bərpasına yol açacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, 6 sentyabrda Uitkov və Kuşner Kiyevdə olublar, Prezident Volodimir Zelenski və avropalı tərəfdaşlarla danışıqlar aparıblar. Bir gün əvvəl onlar Moskvaya səfər ediblər və Rusiya lideri Vladimir Putinlə görüşüblər.
Görüşdən sonra Prezident Volodimir Zelenski Ukraynanın ABŞ və Rusiyanın iştirakı ilə müharibəyə son qoymaq üçün üçtərəfli danışıqlara qayıtmağa hazır olduğunu bildirib. O, həmçinin Ukrayna, ABŞ və Avropa nümayəndələrinin iştirakı ilə sonrakı görüş barədə razılığın əldə olunduğunu açıqlayıb.
Oxşar xəbərlər
Kiril Budanov: Ukrayna oktyabrda sülh danışıqlarına hazırlaşır
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
MKİ 11 sentyabr terror aktının hazırlığı barədə sənədlərin məxfiliyini ləğv edib
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
-
Serbiyada seçki prosesinin təqvimi açıqlanıb













