Konnolli Trampa müharibənin normallaşdırılmasının qəbuledilməz olduğunu bildirib
İrlandiya Prezidenti Ketrin Konnolli amerikalı həmkarı Donald Trampla danışıqlar zamanı müharibənin və soyqırımın normallaşdırılmasının qəbuledilməz olduğunu bildirib.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, bu barədə İrlandiya Prezidentinin Dəftərxanası görüşün yekununa əsasən bildirib.
"Biz müharibə və iqlim dəyişikliyi ilə təhdid edilən dünyada yaşayırıq və bunlar bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Mən İrlandiya xalqının müharibə və soyqırımın normallaşdırılmasının qəbuledilməz olduğuna dair qəti fikri ifadə etdim", - bəyanatda deyilir.
O, həmçinin Amerika liderinə bildirib ki, İrlandiya xalqı bütün dünyada sülh uğrunda mübarizə aparan bütün insanları qətiyyətlə dəstəkləyir.
"Şimali İrlandiyadakı vəziyyəti müzakirə edərkən Prezident Konnolli ABŞ-nin sülh prosesinə verdiyi töhfəni qeyd edib", - Prezidentin Dəftərxanasının press-relizində bildirilir.
Daha əvvəl, Tramp Dublində İrlandiyanın Baş naziri Maykl Martinlə keçirilən mətbuat konfransında ölkənin birləşməsini istədiyini bildirib və Şimali İrlandiya ilə İrlandiya Respublikasının birləşməsinin yekunda baş verəcəyinə əminliyini ifadə edib. O, birləşmənin "fantastik bir şey" olacağını söyləyib, lakin Böyük Britaniyanın da məsələ ilə bağlı mövqeyini bildirməli olacağını açıqlayıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













