Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb


İraq ərazisindən Səudiyyə Ərəbistanındakı obyektlərə edilən hücumlardan sonra İraqın Meysan əyalətindəki əməliyyatlar komandanı vəzifəsindən kənarlaşdırılıb.

"Far.Az" xəbər verir ki, bu barədə İraq Baş nazirinin Əli əl-Zaidinin ofisi məlumat yayıb.

Qərar yuxarıda qeyd olunan insidentdən sonra yaradılan ixtisaslaşmış komissiyanın apardığı araşdırmanın yekunlarına əsasən qəbul edilib.

"Zati-aliləri (baş nazir) Səudiyyə Ərəbistanı Krallığındakı qardaşlarımıza hücumların bu vilayətin hüdudları daxilində yerləşən ərazidən həyata keçirildiyi təsdiqləndikdən sonra (Meysan vilayətindəki) əməliyyatlar komandanının vəzifəsindən kənarlaşdırılması barədə göstəriş verib", - məlumatda bildirilib.

İraqın Daxili İşlər Nazirliyindən qeyd ediblər ki, qurumun xüsusi təyinatlı bölmələri gizli anbarda 47 dron və onlar üçün 46 döyüş sursatı, həmçinin idarəetmə blokları, akkumulyatorlar və digər müvafiq avadanlıq, materiallar aşkar edərək müsadirə edib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın SÖNDÜRÜLDÜ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər