Pedri "Barselona" tarixində 250-ci oyununa ən gənc yaşda çıxan ikinci futbolçu olub
"Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Pedri klub tarixində daha bir əlamətdar göstəriciyə imza atıb.
"Report" xəbər verir ki, gənc futbolçu UEFA Çempionlar Liqasında "Feyenoord"a qarşı keçirilən matçda Kataloniya klubunun heyətində 250-ci oyununa çıxıb.
Bununla Pedri "Barselona" tarixində bu göstəriciyə ən gənc yaşda çatan ikinci futbolçu olub.
Bu siyahıya klubun əfsanəsi Lionel Messi başçılıq edir. Argentinalı ulduz da "Barselona"nın heyətində 250-ci oyununa daha erkən yaşda çıxaraq bu rekordu uzun müddət qoruyub.
Qeyd edək ki, Pedri "Barselona"ya 2020-ci ildə "Las Palmas"dan transfer olunub və qısa müddət ərzində komandanın əsas futbolçularından birinə çevrilib. Texnikası, oyun qurmaq bacarığı və meydanda qərarvermə qabiliyyəti ilə seçilən yarımmüdafiəçi illər ərzində komandanın aparıcı simalarından biri olub.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
-
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Famil Xəlilov: Azərbaycan millisi növbəti oyunlarda qələbələr qazanaraq təcrübəsini artıracaq













