AQTA-dan heyvanlarla bağlı XƏBƏRDARLIQ
Payız-qış mövsümündə heyvanlar arasında xüsusi təhlükəli, zoonoz və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyindən (AQTA) Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə müxtəlif heyvanlar arasında xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə planlı epizootoloji monitorinqlər aparılır.
"Monitorinqlər zamanı təsərrüfatlara baxış keçirilir, klinik müşahidələr aparılır, laborator müayinələr üçün nümunələr götürülür. Həmçinin epizootoloji məlumatlar toplanaraq təhlil edilir və müvafiq göstəricilər elektron sistemdə qeydiyyata alınır. Heyvan sahibləri və təsərrüfat subyektləri arasında maarifləndirmə tədbirləri də həyata keçirilir",-deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, heyvanların identifikasiyası və qeydiyyatı xəstəliklərə qarşı profilaktik tədbirlərin daha effektiv aparılmasına imkan verir:
"AQTİS-də qeydiyyata alınan məlumatlar vasitəsilə heyvanların hərəkətini izləmək, riskli təsərrüfatları müəyyənləşdirmək, peyvəndləmə və digər baytarlıq tədbirlərini planlaşdırmaq mümkündür.
Xəstəlik halı qeydə alındıqda mənbənin və təmasda olmuş heyvanların operativ müəyyənləşdirilməsi də bu sistem vasitəsilə asanlaşır. Bununla yanaşı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında xaricdən yoluxucu heyvan xəstəliklərinin ölkəyə keçməsinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri aparılır.
Müvafiq tədbirlər ilboyu, o cümlədən payız-qış mövsümündə xəstəliklərin yayılma riskləri nəzərə alınmaqla davam etdirilir".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda zoonoz xəstəlik aşkarlanıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib













