Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA
Aqrar Subsidiya Şurasının xırdabuynuzlu heyvandarlığa subsidiya ayrılması ilə bağlı qərarı fermerlərin fəaliyyətinə əlavə iqtisadi stimul verə bilər.
AQC İdarə Heyətinin sədri Vüqar Oruc Far.Az-ə açıqlamasında bildirib ki, qərarın əsas üstünlüyü subsidiyanın yalnız heyvan sayının artırılmasını deyil, örüş və otlaq sahələrindən səmərəli istifadəni də təşviq etməsidir.
Onun sözlərinə görə, 500 və daha artıq xırdabuynuzlu heyvanı olan və ən azı 100 hektar örüş və ya otlaq sahəsindən istifadə edən təsərrüfatlara hər heyvana görə 4 manat subsidiya verilməsi fermerlərin bu sahəyə marağını artıra bilər.
Vüqar Oruc hesab edir ki, subsidiyanın verilməsində EKTİS və süni intellekt vasitəsilə monitorinqin tətbiqi də mühüm addımdır. Bu yanaşma təsərrüfatların faktiki vəziyyətinin daha dəqiq qiymətləndirilməsinə və dövlət dəstəyinin real göstəricilər əsasında yönəldilməsinə imkan verə bilər.
AQC sədri qeyd edib ki, yeni mexanizmin düzgün tətbiqi xırdabuynuzlu heyvandarlığın inkişafı ilə yanaşı, ölkənin yem bazasının gücləndirilməsinə və örüş-otlaq sahələrinin qorunmasına da təsir göstərə bilər.
"Burada əsas məsələ 4 manatlıq subsidiyanın özü deyil. Əsas məsələ fermer üçün torpaqdan düzgün və səmərəli istifadənin iqtisadi baxımdan stimullaşdırılmasıdır. Bu yanaşma davamlı tətbiq olunarsa, subsidiya sadəcə maliyyə dəstəyi deyil, aqrar sektorun inkişafına xidmət edən real iqtisadi mexanizmə çevrilə bilər", - deyə Vüqar Oruc bildirib.
Orxan Hüseyn
Oxşar xəbərlər
Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













