Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır
Far.Az xəbər saytı

Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır


Sürücülər bildirirlər ki, paytaxtda yerləşən "8-ci kilometr maşın bazarı"na daxil olarkən adətən 50 qəpik ödəniş edirlər. Lakin əraziyə tez-tez gəlib-getdikdə ödəniş məbləği artır. Hətta bəzi hallarda 5, 6, 10 manat məbləğində ödəniş tələb olunur. Sürücülər hesab edirlər ki, bu yanaşma məntiqsizdir.

Çünki bir məhsulu daha çox aldıqda və ya hər hansı xidmətə daha çox müraciət etdikdə adətən endirim tətbiq olunur.

"8-ci kilometr maşın bazarı"nda isə bunun əksi baş verir: əraziyə nə qədər çox gəlib-gedirsənsə, bir o qədər çox ödəniş etməlisən. Sürücülər bu qaydadan narazıdırlar və şikayətlərini bildirirlər. Onların sözlərinə görə, ödəniş etmədən bazarın ərazisindən çıxmaq da mümkün deyil. İlkin olaraq 50 qəpik olan məbləğ sonradan artaraq hətta 10 manata qədər yüksələ bilir. Sürücülər səbəbini soruşduqda isə cavab ala bilmədiklərini deyirlər.

Bildirilir ki, bəzi hallarda bazarın çıxışındakı əməkdaş qapını və pəncərəni bağlayaraq sürücülərlə danışmır. Məsələ ilə bağlı bazarın nümayəndəsi Xəyal Babayev bildirib ki, sahibkarlar üçün ayrıca beş manatlıq tarif müəyyənləşdirilib.

"Biz bu tarifləri ona görə qoymuşuq ki, tez-tez bazara girib-çıxan şəxslər artıq sahibkar kimi hesablanırlar. Hər gələnin sahibkar olub-olmadığını müəyyən edə bilmərik. Rəhbərlik özü bu qaydada tənzimləyib və belə tarif müəyyənləşdirib ki, maşınların giriş-çıxışı az olsun", - deyə Baku TV-yə bildirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər