Elnur Əliyev: Şagirdlər açıq tipli suallarda bəzən Türkiyə türkcəsindən istifadə edirlər
Şagirdlər açıq tipli suallarda bəzən Türkiyə türkcəsindən istifadə edirlər.
"Far.Az" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, hətta bəzən şagirdlərin xətti oxunaqlı olmur:
"Bundan əlavə, 4-cü sinifdə qızlar oxu üzrə oğlanlardan üstündür, lakin riyaziyyat üzrə oğlanlar qızlardan cüzi fərqlə üstündür. Ümumilikdə isə 6-cı sinif şagirdlərində oxu üzrə şərh etmənin zəif olduğunu müşahidə edirik".
E.Əliyev, həmçinin vurğulayıb ki, Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir:
"4-cü sinif şagirdlərinin nəticələri Azərbaycan və rus bölmələri üzrə müqayisə edilərkən yalnız hər iki bölmənin fəaliyyət göstərdiyi eyni məktəblər nəzərə alınıb. Müqayisə zamanı Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri nisbətən daha yüksək olub".
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













