### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi
Far.Az xəbər saytı

### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi


Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir.

Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur.

Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzərə alaraq, üç uşaqlı ailələrin də çoxuşaqlı ailə hesab edilməsini təklif edib.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Millətin sabitliyi üçün ailədə ən azı üç uşaq olmalıdır. İki uşaq bunu təmin etmir", - sakinlərdən biri deyib.

"Olmalıdır, məncə. Vaxtilə olub. Mənim anam da, qayınanam da üç uşağa görə pensiyaya çıxıblar", - başqa bir sakin bildirib.

Oxşar xəbərlər

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanda bu şəxslər hər uşağa görə ayda 105 manat yardım ala bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər