Tramp İrlandiya viskisinə rüsumların ləğv ediləcəyini açıqlayıb
Far.Az xəbər saytı

Tramp İrlandiya viskisinə rüsumların ləğv ediləcəyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp İrlandiya viskisinə tətbiq edilən gömrük rüsumlarını ləğv edəcəyini bildirib.

"Far.Az" xəbər verir ki, o bu barədə İrlandiyadakı qolf klubunda çıxışı zamanı bildirib.

Tramp İrlandiya istehsalı olan viskiyə tətbiq edilən gömrük rüsumlarının ləğv edilməsi xahişi ilə ona müraciət olunduğu versiyasını açıqlayıb.

"Birləşmiş Ştatlar adından mən bu rüsumları ləğv etmək niyyətində olduğumu bəyan edirəm", - ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, ABŞ administrasiyası 2025-ci ilin aprelində 185 ölkə və ərazidən olan məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. 10% həcmində universal tariflər aprelin 5-də, fərdi tariflər isə 9 aprel 2025-ci ildə qüvvəyə minib.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi administrasiyanın beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanuna əsasən digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi tanıyıb.

Eyni zamanda, ali məhkəmə instansiyası ABŞ-nin əvvəllər rüsum kimi ödənilən pulları qaytarıb-qaytarmamalı olduğuna aydınlıq gətirməyib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər