KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket atıb.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, buraxılışlar şənbə günü yerli vaxtla saat 05:20-də Vonsan bölgəsindən həyata keçirilib.
Raketlər təxminən 250 kilometr məsafə qət etdikdən sonra dənizə düşüb.
Cənubi Koreya və ABŞ hərbçiləri raketlərin texniki göstəricilərini araşdırırlar. İlkin ehtimallara əsasən, buraxılışlar "Hvason-11" seriyalı ballistik raketləri və 600 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin mərmilərini əhatə edib.
Hadisə Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimlərinin başa çatmasından cəmi bir gün sonra baş verib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
"Yonhap": KXDR Yapon dənizinə ballistik raketlər buraxıb - YENİLƏNİB
Bakıda hərbi paradda nümayiş etdirilən müasir texnikalar - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













