Nazir: Məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil
Azərbaycanda məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ aktual deyil:
"Gündəmdə məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Yaxın zamanlarda belə bir şey nəzərdə tutulmur".
Nazir həmçinin bildirib ki, Azərbaycanda dördillik ixtisasların bəzilərini üçillik etmək yaxşı olar:
"Əgər mütəxəssislər də bu barədə müsbət rəy verərsə, tətbiq oluna bilər: Hər halda təhsilalanların yaşı da nəzərə alınmalıdır. Məsələn, turizimin təşkili ixtisasını bəlkə də üç il oxumaq olar. Amma hüquq kimi ixtisası da düşünmək lazımdır. Fikrimcə, mühəndis hazırlamaq kifayət qədər çətindir. Biz Bolonya sisteminə keçiddə ixtisasları eyni qəlibə yığmağa çalışmışıq. İndi də bəzi ixtisaslar 5, bəzisi isə 4 ildir. Bunun ən yaxşı nümunəsi peşə təhsilidir. Biz qoşulduğumuz beynəlxalq sənədləri də nəzərə almalıyıq".
Xəbər yenilənir
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













