Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Far.Az xəbər saytı

Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb


ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çata biləcəyini açıqlayıb.

"Report" xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalının jurnalisti Laura İnqremə müsahibəsində danışıb.

"Bu, seçkilərdən dərhal sonra başa çatmalıdır. Bəlkə də seçkilərdən əvvəl başa çatacaq, amma düşünürəm ki, bu, seçkilərdən dərhal sonra baş verəcək", – deyə ABŞ lideri bildirib.

Bununla yanaşı, Ağ Ev rəhbəri İrana qarşı hərbi əməliyyata başlamaq qərarından peşman olmadığını vurğulayıb.

"Xeyr. Mən "peşmançılıq" sözünə inanmıram. Əgər bunu yenidən etmək məcburiyyətində qalsaydım, yenə də eyni addımı atardım", – Tramp müvafiq suala cavabında deyib.

Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilər zamanı Senatın 100 üzvündən 33-ü, eləcə də Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İordaniya Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda kvadratı 435-850 AZN olan mənzillər SATIŞDA
Bakıda kvadratı 435 AZN-dən başlayan mənzillər SATIŞDA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər