Nazir: Azərbaycan PISA nəticələrində artıma görə dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir
Far.Az xəbər saytı

Nazir: Azərbaycan PISA nəticələrində artıma görə dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir


Azərbaycan 2022-ci ildə açıqlanan PISA nəticələri ilə müqayisədə hazırda 63 ballıq ümumi artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir.

Far.Az Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.

Onun sözlərinə görə, 2029-cu ildə ölçülən şagirdlərin 80–90 faizi məktəbəhazırlıqdan gələn uşaqlar olacaq və bu, nəticələrə müsbət mənada böyük təsir göstərəcək.

"Nəticələrə görə, Azərbaycan ölkə olaraq ən yaxşı 50 ölkə arasındadır. Bakı isə ən yaxşı 30 iqtisadiyyat arasındadır. Ən yaxşı artım göstərən ölkələrdən biriyik. PISA 2025-in riyaziyyat üzrə tədqiqatında ilk yerləri Sinqapur, Makao (Çin), Taybey (Çin), Yaponiya və Koreya tutur. Bakı riyaziyyat üzrə 63 bal toplayaraq özünün əvvəlki nəticəsi ilə müqayisədə irəliləyiş göstərib".

Oxşar xəbərlər

Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
FHN şagird və müəllimlərlə təlim keçirdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər