Berlin prokurorluğu hücum edəni güllələyən polislərə qarşı istintaqı dayandırıb
Berlin prokurorluğu Almaniya paytaxtının mərkəzində bir qrup insanın üzərinə avtomobil sürməkdə şübhəli bilinən Abdul Ballutu xüsusi əməliyyat zamanı güllələyən iki polis əməkdaşına qarşı istintaqı dayandırıb.
"Far.Az" DPA-ya istinadən xəbər verir ki, bu barədə prokurorluğun nümayəndəsi bildirib.
Atəş açan polislərə qarşı istintaq 2026-cı il iyulun 26-da hücum edən şəxs zərərsizləşdirildikdən dərhal sonra başlayıb. Başlanğıcda işi Berlin prokurorluğunun şəxsiyyətə qarşı xüsusilə təhlükəli cinayətlər şöbəsi və əyalət kriminal polis idarəsinin qətllərin istintaqı üzrə 8-ci şöbəsi araşdırırdı. Daha sonra istintaq dayandırılıb, çünki prokurorluq polislərin cinayət törətməkdə şübhəli bilinməsi üçün kifayət qədər əsas görməyib.
İstintaqın məlumatına görə, saxlanılma zamanı Ballut bıçağı bel bərabərində tutaraq polislərdən birinin üzərinə atılıb. Bıçağın tiyəsinin uzunluğu təxminən 10 sm olub. Digər iki əməkdaş vəziyyəti həmkarları üçün ölümcül təhlükəli kimi qiymətləndirib və verdikləri ifadələrə görə, hücum edənin gövdəsini nişan alıblar.
İlk atəşdən sonra Ballut, ehtimal ki, hücum etmək qabiliyyətini hələ də qoruyub saxladığı üçün polislər daha iki dəfə atəş açıblar.
Balluta hadisə yerində ilk yardımı polislərdən biri göstərib. Lakin reanimasiya cəhdləri uğursuz olub.
İyulun 25-i axşam saatlarında Livan əsilli 21 yaşlı Almaniya vətəndaşı Abdul Ballut avtomobili ilə Berlinin mərkəzində, Tierqarten parkı ərazisində LGBT icmasının hüquqlarını dəstəkləyən aksiyanın keçirildiyi yerdə bir qrup insanın arasına girib.
Almaniya güc strukturlarının məlumatına görə, Ballut həmçinin baçete (böyük bıçaq) ilə insanlara hücum edib. Onun hərəkətləri nəticəsində bir qadın ölüb, 31 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Ballutun avtomobilində onun İŞİD-i dəstəklədiyini bildirdiyi etiraf videosu olan mobil telefon aşkar ediblər. İyulun 26-da hücum edən şəxs xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.
Oxşar xəbərlər
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
"UFC Fight Night Baku": Türkiyə təmsilçisi Abdul Rahman Yahyaev nokautla qələbə qazanıb - YENİLƏNİB-5
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Qazaxıstan və Türkiyə readmissiya sazişi imzalayıblar













