"Turkish Airlines" 2027-ci ilin iyunundan İngiltərənin "Liverpul" klubunun titul sponsoru olacaq
Far.Az xəbər saytı

"Turkish Airlines" 2027-ci ilin iyunundan İngiltərənin "Liverpul" klubunun titul sponsoru olacaq


"Turkish Airlines" aviaşirkəti İngiltərənin "Liverpul" futbol klubunun titul sponsoru olacaq.

Bu barədə "Report" İngiltərə klubuna istinadən xəbər verir.

Məlumata görə, müqavilə 5 il müddətinə imzalanıb və 2027-ci il iyunun 1-də qüvvəyə minəcək. Bundan əlavə, 2027/2028 mövsümündən etibarən Türkiyə aviaşirkətinin loqosu klubun oyun formalarının ön hissəsində yerləşdiriləcək.

Hazırda 2010-cu ildən "Liverpul"un əsas tərəfdaşı olan "Standard Chartered" şirkəti 2026/2027 mövsümünün sonunda bu statusda əməkdaşlığını başa çatdıracaq. Gələcəkdə bank qlobal tərəfdaş kimi klubla işini davam etdirəcək.

Sövdələşmənin məbləği açıqlanmır. Lakin Britaniya mediasının məlumatına görə, aviaşirkət oyun formalarında öz loqosunu yerləşdirmək üçün kluba 300 milyon funt-sterlinqdən (405 milyon dollar) və ya ildə 60 milyon funt-sterlinqdən çox pul ödəyəcək.

"Liverpul" dünyanın ən populyar futbol klublarından biridir. Komanda 20 dəfə İngiltərə çempionu olub, 8 dəfə İngiltərə Kubokunu, 10 dəfə İngiltərə Liqa Kubokunu, 16 dəfə isə İngiltərə Superkubokunu qazanıb.

Bundan əlavə, "Liverpul" 6 dəfə Avropa Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını, üç dəfə UEFA Kubokunu, dörd dəfə UEFA Superkubokunu qazanıb, bir dəfə isə klublararası dünya çempionatının qalibi olub.

Oxşar xəbərlər

Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər