Xətaidə kanalizasiya problemi: Üstü açıq quyu sakinlər üçün təhlükə yaradır
Xətai rayonunun Musa Əsgərov küçəsində kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub.
Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, kanalizasiya xəttinin çəkilməsi məqsədilə təxminən bir metr dərinliyində quyu qazılıb. Lakin bir aydan artıqdır ki, quyu açıq vəziyyətdə qalıb.
Ərazidə işlərin aparılması üçün borular və digər ləvazimatlar gətirilsə də, sakinlərin sözlərinə görə, kanalizasiya xəttinin çəkilişi başa çatdırılmayıb.
Sakinlər, həmçinin bir neçə gün əvvəl kanalizasiya xəttindən çirkab suların küçəyə axdığını bildiriblər. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciətdən sonra ərazidə müəyyən işlər görülsə də, problem tam aradan qaldırılmayıb.
Açıq qalan quyu isə ərazidə yaşayanlar üçün əlavə təhlükə yaradır. Sakinlərin sözlərinə görə, küçədə uşaqlar da hərəkət edir və xüsusilə gecə saatlarında quyuya düşmə riski artır.
Ərazidə quyuda suyun toplanması torpaq səddinin yuyulmasına da səbəb olub. Bu vəziyyət davam edərsə, suyun təsiri ilə yol örtüyünün çökməsi riski yarana bilər.
Oxşar xəbərlər
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













