Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ Evin mətbuat katibi funksiyalarını bir müddət qurumların rəhbərləri, o cümlədən dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent icra edəcək.
"Report" xəbər verir ki, bu barədə Tramp İrlandiyadan ABŞ-yə yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
"Bunu (Ağ Evin mətbuat katibi olmağı - red.) istəyən çoxlu insanımız var. Çoxları bunu istəyir, çoxları bununla bağlı müraciət edib", - o deyib. Mümkün namizədlərin siyahısı haqqında suala cavab olaraq ABŞ Prezidenti qeyd edib ki, "ola bilsin, onu həftəsonu ərzində tərtib edib".
"Bir müddət biz aşağıdakı kimi hərəkət edəcəyik. Biz nazirlərin, məsələn, Markonun (Rubio) xidmətlərindən istifadə edəcəyik", - Tramp, sentyabrın əvvəlində Ağ Evdə jurnalistlər üçün brifinqi ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin keçirdiyini xatırladaraq bildirib.
"Biz Skottun (Bessent) köməyinə müraciət edəcəyik, (ticarət naziri) Hovardın (Latnik) xidmətlərindən yararlanacağıq, bu məqsədlə bir çox nazirlərdən istifadə edəcəyik", - Tramp davam edib.
O əlavə edib ki, təhsil naziri Linda Makmeon da Ağ Evin mətbuat katibi rolunda çıxış edə bilər.
"Son nəticədə mən bu məsələni həll edəcəyəm. Növbəti Marko olacaq", - Tramp bildirib.
Oxşar xəbərlər
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
"AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kaliforniyada salmonella epidemiyası qeydə alınıb
-
Orban Madyar hökumətinə qarşı "milli müqavimət"in başlandığını elan edib
-
Sem Altman süni intellektin insan nəzarətindən kənarda yaranmasının mümkünlüyünü güman edib
-
Bolqarıstan sursat anbarında mümkün təxribat barədə məlumat verib
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür













