Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS
Far.Az xəbər saytı

Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS


Mobil nömrələrin uzun müddət istifadəsiz qalması onların bağlanmasına və daha sonra yenidən satışa çıxarılmasına səbəb ola bilər. Bu isə həmin nömrə ilə müxtəlif rəqəmsal platformalarda hesab yaratmış şəxslər üçün təhlükə yaradır.

Far.Az Baku TV-yə istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən mobil operatorların məlumatına görə, fakturalı xətt üzrə abonent 120 gün ərzində ödəniş etmədikdə nömrə "müddəti bitmiş" statusuna keçirilir və ikitərəfli bağlanır.

Bundan sonra 90 gün ərzində nömrə abonentin adına bərpa edilməzsə, onun yenidən satışa çıxarılması mümkündür. Mütəxəssislər bildirirlər ki, əsas risk nömrənin yeni abonentə verilməsindən sonra yaranır.

Çünki insanlar illər ərzində mobil nömrələri ilə sosial şəbəkə, elektron poçt, bank və maliyyə tətbiqləri, elektron hökumət xidmətləri, mesajlaşma və onlayn alış-veriş platformalarında çoxsaylı hesablar yaradırlar.

Bir çox platformada telefon nömrəsindən giriş təsdiqi, şifrə sıfırlama və ya iki mərhələli doğrulama üçün istifadə olunur. Köhnə nömrə başqa şəxsə verildikdə isə həmin şəxs SMS vasitəsilə göndərilən təsdiq kodlarını əldə edə bilər. Bu da bəzi hallarda hesabların ələ keçirilməsi riskini yaradır.

Mütəxəssislər tövsiyə edirlər ki, mobil nömrə dəyişdirilməzdən və ya istifadədən çıxarılmadan əvvəl həmin nömrə bütün rəqəmsal hesablardan silinsin və yenisi ilə əvəzlənsin.

Oxşar xəbərlər

Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
Bytelecom-da alış-veriş Bodruma səyahət imkanı qazandırır
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər