Valdas Dambrauskas: "Çempionlar Liqasından sonra növbəti oyuna tam köklənmək asan olmur"
Far.Az xəbər saytı

Valdas Dambrauskas: "Çempionlar Liqasından sonra növbəti oyuna tam köklənmək asan olmur"


Çempionlar Liqası matçından sonra növbəti qarşılaşmaya tam köklənmək hər zaman asan olmur.

"Far.Az" xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının V turunda "Şəfa"ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Çempionlar Liqası matçından dərhal sonra növbəti qarşılaşmaya tam köklənmək hər zaman asan olmur. Buna baxmayaraq, komandamın oyuna münasibətindən və göstərdiyi performansdan razıyam. "Old Trafford"dakı görüşün ardınca bu matça hazırlaşmaq futbolçular üçün kifayət qədər çətin idi.

"Şəfa" ilə matçın ilk hissəsinin müəyyən anlarında düzgün qərarlar verə bilmədik. Bunun nəticəsində rəqib bir neçə dəfə təhlükəli hücum quraraq qapımıza zərbələr endirdi. İngiltərədəki matçda da oxşar problemlərlə üzləşmişdik. Buna baxmayaraq, oyunun əvvəlindən tempimizi yüksək saxlamağa çalışdıq və fasiləyə iki top üstünlüklə yollandıq. Hesabı daha da artırmaq üçün imkanlarımız da oldu".

Qeyd edək ki, "Şəfa" - "Sabah" qarşılaşması "bayquşlar"ın 3:0 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər