Vens: Vaşinqton husilərlə birbaşa əlaqə saxlayır
Far.Az xəbər saytı

Vens: Vaşinqton husilərlə birbaşa əlaqə saxlayır


Vaşinqton administrasiyası Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) Bab əl-Məndəb boğazındakı strateji Perim adasını nəzarətə götürməsindən sonra onlarla birbaşa əlaqələr saxlayır.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.

"Biz BƏƏ, Səudiyyə Ərəbistanı və regionda maraqlı olan digər tərəflərlə daim əlaqə saxlayırıq. ABŞ bu məsələyə xüsusi diqqət yetirir. Biz həmçinin husilərin özləri ilə də birbaşa dialoq qururuq. Buna görə də hesab edirik ki, vəziyyət çox sürətlə dəyişsə də, ona nəzarət edirik. Hadisələrin inkişafını bundan sonra da izləmək niyyətindəyik", - o qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yəmən husiləri ABŞ tərəfi ilə əlaqə saxlayaraq Birləşmiş Ştatlarla müharibə etmək istəmədiklərini bildiriblər.

Yəməndə vəziyyət sentyabrın əvvəlində, husilərin ölkənin cənub-qərbində hücuma keçməsi ilə kəskin şəkildə gərginləşib. Eyni zamanda husilər raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazının sahil rayonlarına zərbələr endirməyə başlayıblar.

Oxşar xəbərlər

Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər