Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi
Far.Az xəbər saytı

Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi


Müğənni Dəniz Əsədova Rusiyada fəaliyyət göstərən müğənni Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dəniz Əsədovanın vəkili Mirzə Xankişiyev bildirib ki, Afət Fərmanqızının xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə səbəb onun müğənni həmkarına qarşı sosial şəbəkələr vasitəsilə təhqir və böhtanlara yol verməsidir.

Vəkilin dediyinə görə, Afət Fərmanqızı sosial şəbəkələrdə canlı yayıma çıxaraq Dəniz Əsədova ilə yanaşı onun azyaşlı övladlarına qarşı da təhqiramiz ifadələr işlədib. Buna görə müğənniyə dəfələrlə xəbərdarlıq edilsə də, o əməllərini davam etdirib.

Vəkilin sözlərinə görə, müğənninin təhqirlərinin qarşısını almaq üçün müvəkkili aidiyyəti üzrə digər müraciətlər də edib.

Qeyd edək ki, xüsüsi ittiham qaydasında CM-nin 147 və 147-ci maddələri ilə Dəniz Əsədovanın şikayəti icraata götürülərək məhkəmənin vaxtı müəyyən edilib.

Proses sentyabrın 22-də Saatlı Rayon Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Afət Fərmanqızı Xalq artisti Flora Kərimova və müğənni Vəfa Şərifova tərəfindən də eyni maddə ilə məhkəməyə verilmişdi.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər