İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib.
"Far.Az" nazirliyə istinadən xəbər verir ki, tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, enerji, nəqliyyat və logistika, tikinti, maşınqayırma, metallurgiya, qida, turizm, səhiyyə, telekommunikasiya, konsaltinq, maliyyə, kimya, əczaçılıq və s. sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.
Forumda çıxış edən M.Cabbarov Azərbaycan–İsveçrə iqtisadi əməkdaşlığının inkişaf dinamikasından danışaraq ticarət və qarşılıqlı investisiyaların ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərindən olduğunu bildirib. Nazir Azərbaycanın əlverişli biznes və investisiya mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və Orta Dəhliz çərçivəsində artan rolunu vurğulayıb. Ölkəmizdə fəaliyyət göstərən azad iqtisadi və sənaye zonalarının, eləcə də yaşıl enerji potensialının investorlar, o cümlədən İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edib.
Bu il 25-26 sentyabrda Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni tərəfdaşlıqların qurulması və investisiyaların cəlb edilməsi baxımından önəmi vurğulanıb.
İsveçrənin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer çıxışında Azərbaycan–İsveçrə iqtisadi dialoqunun inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də işgüzar dairələr arasında birbaşa təmasların artırılmasının əhəmiyyətini bildirib.
Forum çərçivəsində Dördüncü Sənaye İnqilabı, innovasiya ekosistemləri və investisiya təşviqi sahəsində qlobal trendlər nəzərdən keçirilib, Azərbaycan və İsveçrə şirkətlərinin təqdimatları dinlənilib, investisiya prioritetləri, qlobal bazarlara çıxış imkanları və əməkdaşlıq modelləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub













