Fon der Lyayen Kanadaya Aİ-yə assosiativ üzvlük təklif edib
Avropa İttifaqı (Aİ) Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edərək, Ottava ilə ikitərəfli münasibətlərdə yeni mərhələ açıb.
"Far.Az"un Avropa bürosunun Strasburqdan verdiyi məlumata görə, təklifi sentyabrın 16-da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində Kanadanın Baş naziri Mark Karninin iştirakı ilə Aİ-nin vəziyyəti haqqında illik çıxışı zamanı səsləndirib.
"Biz təcili olaraq tərəfdaşlıqlarımızı yenidən qiymətləndirməli, dayanıqlılığımız və demokratiyalarımız üçün qlobal koalisiyalar yaratmalıyıq. Və burada yalnız Avropa, öz miqyası və gücü ilə aparıcı rolu öz üzərinə götürə bilər", - Fon der Lyayen bildirib.
Karniyə müraciət edərək, o, Aİ və Kanada münasibətlərini yeni səviyyəyə çıxarmağı təklif edib.
"Mən Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olmasına qapı açmaq üçün sizinlə işləmək istərdim", - Avropa Komissiyasının rəhbəri bildirib.
Fon der Lyayen bildirib ki, Aİ və Kanada qüvvədə olan CETA azad ticarət sazişindən daha geniş tərəfdaşlığa keçmək niyyətindədirlər.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var













