Con Koul: Belarus və ABŞ qalan məsələlərin həlli üzrə işi davam etdirəcəklər
Belarus və ABŞ ikitərəfli gündəliyin indiyədək açıq qalan bir sıra məsələlərinin həlli üzrə işi davam etdirəcəklər.
"Report" BelTA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Koul Minskdəki danışıqların yekunlarına əsasən bildirib.
"Tərəflər qalan məsələlərin həlli üzrə işi davam etdirəcəklər. Bütün məsələlər həllini tapdıqda və hər iki tərəflə razılaşdırıldıqda, şəxslərin əlavə olaraq azad edilməsi və Belarus şirkətlərindən sanksiyaların götürülməsi baş verəcək", - Koul deyib.
O qeyd edib ki, Minskdəki danışıqların hazırkı raundu çox məhsuldar olub.
"Həmişəki kimi, mən Belarusa təşəkkür edirəm və prezident Aleksandr Lukaşenkoya çox böyük təşəkkürümü bildirirəm", - ABŞ-nin xüsusi elçisi bildirib.
Belarus-ABŞ danışıqlarının hazırkı raundunun yekunları üzrə, həmçinin ABŞ-nin iki Belarus şirkətindən - "Lakokraska" ASC və "Bellesbumprom" konsernindən sanksiyaları ləğv etmək planları barədə də açıqlama verilib.
Oxşar xəbərlər
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
İrandan Azərbaycana indiyədək 75 ölkənin 2 853 vətəndaşı təxliyə olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var













