TDT çərçivəsində enerji sahəsi üzrə institusional strukturun yaradılması təklif olunub
Türk Dövlətləri Təşkilatının (TDT) çərçivəsində üzv ölkələrin enerji potensialından birgə istifadəyə imkan verən ayrıca institusional struktur yaradılmalıdır.
"Report" xəbər verir ki, bunu Macarıstanın Dunay İnstitutunun "Türk-Qərb Əməkdaşlığı Təşəbbüsü"nün (TWEI) rəhbəri İbrahim Məmmədov "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda deyib.
Onun sözlərinə görə, TDT çərçivəsində enerji istehsalı və enerji resurslarının səmərəli istifadəsi ilə bağlı ayrıca agentliyin və ya institusional strukturun yaradılmasına ehtiyac var.
"Çünki süni intellekt texnologiyalarının və rəqəmsallaşma proseslərinin sürətlənməsi halında böyük miqyasda enerjiyə tələbat yaranacaq. Hamımız zəngin enerji ehtiyatlarına sahib ölkələrik. Bəs niyə bu sahədə birgə fəaliyyət göstərməyək? Bütün həll yolları öz daxilimizdədir. Hətta deyərdim ki, sistemlərimizi birləşdirmək bütün ölkələrimiz üçün strateji zərurətdir.
Əgər süni intellekt sistemlərinin inteqrasiyasına dair bütün strategiyaları ümumiləşdirsək, aydın olar ki, bu strategiyalar əslində Türk dövlətləri daxilində bir-birini tamamlayıcı xarakter daşıyır. Hər bir ölkə digərlərində mövcud olmayan, yaxud kifayət qədər inkişaf etməmiş və ya diqqət mərkəzində olmayan özünəməxsus üstünlüyə malikdir", - deyə İ.Məmmədov bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













