Özbəkistanlı ekspert: "Azərbaycanla rəqəmsal məlumat mübadiləsi sistemi qurulmalıdır"
Azərbaycan və Özbəkistan arasında rəqəmsal məlumat mübadiləsi sistemi qurulmalıdır.
"Far.Az" xəbər verir ki, bunu Özbəkistanın Tərəqqipərvər İslahatlar Mərkəzinin icraçı direktoru və həmtəsisçisi Mirşoxid Aslanov "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda deyib.
Onun sözlərinə görə, hər iki ölkəyə mövcud sistemlərin bir-biri ilə əlaqə saxlaması lazımdır: "Məsələn, Özbəkistandakı ixracatçı yük məlumatlarını bir dəfə daxil edir və tranzit ölkələr bu məlumatları qəbul edir. İdxal edən ölkə məlumatı yük çatmazdan əvvəl alır və tranzit daşıyıcıları yaşıl dəhlizdən keçir".
O qeyd edib ki, bu gün Daşkənddən Bakıya yükdaşıma təxminən 8 gündən 3 həftəyə qədər vaxt aparır: "Lakin, məsələn, bərə keçidi ilə yükdaşıma müddəti 24 saat çəkir. Deməli, Xəzər dənizi əslində maneə deyil. Real maneə biz, insanlarıq. Bilirsiniz, sənədləşmə və sərhəddə gözləmək əsl problemdir. Bu problem isə həll edilə bilər".
M. Aslanov bildirib ki, Özbəkistan-Azərbaycan qarşılıqlı ticarətində real maneə sənədləşmə və sərhəddə gözləmələrdir: "Özbəkistan və Azərbaycan arasında ticarət potensialının artıq 1 milyard dolları keçdiyini görmək mümkündür: "Bu göstərici 1,1 milyard dollar təşkil edir. Lakin faktiki olaraq, ticarət səviyyəsi Azərbaycan statistikasına əsasən təxminən 800 milyon ABŞ dolları, Özbəkistan statistikasına əsasən isə təxminən 300 milyon ABŞ dollarıdır. Amma bu siyahıya qızıl əlavə edilməyib. Beləliklə, ümumilikdə, iki ölkənin ticarəti təxminən 800 milyon ABŞ dolları təşkil edir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY













