Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY
Azərbaycanın artıq Türk dünyası ilə Avropa, Mərkəzi Asiya və İslam dünyası arasında əlaqələndirici platforma rolunu oynayır.
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva Prezident İlham Əliyevin bu gün Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Pərvanə Vəliyeva bildirib ki, dövlət başçısının görüş zamanı 2001-ci ili xatırlatması təsadüfi deyil:
"Azərbaycan Avropa Şurasına 2001-ci ildə tamhüquqlu üzv qəbul olunanda İlham Əliyev AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri idi. Elə ilk sessiyalardan Azərbaycan nümayəndə heyəti Ermənistanın işğal siyasətini, Xocalı faciəsini, qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq gündəliyə çıxarmağa çalışırdı.
Lakin beynəlxalq təşkilat kimi AŞPA Azərbaycana münasibətdə ədalət və obyektivlik prinsiplərinə sadiq qala bilmədi. Biz AŞPA-nın siyasi riyakarlığı və ədalətsizliyi ilə üzləşdik. Bu gün isə ölkəmizin qarşısında daha geniş və çoxqütblü diplomatik imkanlar var: Türk dünyası, Qafqaz, İslam aləmi.
Azərbaycanın beynəlxalq mövqeyi yalnız onun iqtisadi və hərbi gücü ilə deyil, onun ətrafında formalaşan siyasi həmrəylik və tərəfdaşlıq şəbəkəsi ilə də müəyyən olunur".
"Bu, xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, Orta Dəhliz, rəqəmsal bağlantı və regional sülh məsələlərində özünü göstərir. Azərbaycanın Türk Dövlətləri Təşkilatında artan rolu ona qlobal və regional kontekstdə siyasi çəkisi olan tərəfdaşlıq şəbəkəsi qazandırıb. Ölkəmiz ikitərəfli formatda da TDT-yə üzv ölkələrin hər biri ilə artıq tərəfdaş deyil, müttəfiqdir. İslam dünyası ilə əlaqələrin dərinləşməsi Azərbaycanın diplomatik manevr imkanlarını daha da genişləndirir. Məhz, dost və qardaş ölkələrin dəstəyi ilə BMT-də, Frankofoniya və bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə bəyanat və kampaniyaların qarşısı alınıb, Xocalı soyqırımı tanınıb, Azərbaycanın milli maraqları müdafiə edilib".
Pərvanə Vəliyeva qeyd edib ki, İslam dünyası ilə siyasi, humanitar və mədəni əlaqələr Azərbaycanın beynəlxalq koalisiyalar qurmaq imkanlarını genişləndirir:
"Xüsusilə Qoşulmama Hərəkatına uğurlu sədrlik, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallıq və müxtəlif İslam ölkələri ilə münasibətlər Azərbaycanı Qərb–Şərq, Şimal–Cənub və Türk–İslam məkanları arasında dialoq qurmağa qadir, etibarlı tərəfdaş mövqeyi qazandırıb. Bu isə, məhz, Prezident İlham Əliyevin apardığı uğurlu regional və çoxvektorlu xarici siyasətin nəticəsidir".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub
-
Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb













