Xəzər və Qara dəniz limanları əməkdaşlığı genişləndirir
Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA ("Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə") Liman Rəhbərləri Konfransı çərçivəsində Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbər heyətlərinin iştirakı ilə görüş keçirilib.
"Report" ADY-yə istinadən xəbər verir ki, görüşün məqsədi Xəzər və Qara dəniz hövzələrini daha səmərəli, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat-logistika məkanına çevirmək istiqamətində əməkdaşlığın gücləndirilməsi olub.
Müzakirələr zamanı Orta Dəhlizin artan strateji əhəmiyyəti, region limanları arasında koordinasiyanın gücləndirilməsi, yük axınlarının daha sürətli və proqnozlaşdırılan şəkildə təşkili, eləcə də birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Qeyd olunub ki, 2026-cı ilin ilk 8 ayının ilkin göstəricilərinə əsasən, Bakı Limanı ilə Türkmənistan limanları arasında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 34,6%, Qazaxıstan limanları ilə isə 6 % artıb.
Görüş çərçivəsində limanların üzləşdiyi çağırışların birgə müzakirəsi və regional əməkdaşlığın daha institusional və dayanıqlı əsasda inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













