Hikmət Hacıyev: Qafqaz Albaniyasının zəngin irsi Qarabağda öz izlərini qoruyub saxlayır
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Qafqaz Albaniyasının zəngin irsi Qarabağda öz izlərini qoruyub saxlayır


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dubaydakı Ərəb Media Forumunda Azərbaycanın zəngin tarixi irsini təqdim edib.

"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Paneldə o, Qafqaz Albaniyasının qədim dövləti, o cümlədən onun zəngin xristian irsi haqqında danışıb, bu irsin izlərinin xüsusilə Qarabağda və Azərbaycanın digər bölgələrində aydın göründüyünü diqqətə çatdırıb.

"Mən Azərbaycanda multikulturalizmin və dini tolerantlığın çoxəsrlik ənənəsini, həmçinin mənşəyindən və ya konfessional mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin öz zəngin mədəni və dini irsinin müdafiəsinə, qorunub saxlanmasına və bərpasına sadiqliyini vurğuladım. Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinin genişmiqyaslı dağıdılması, təhqir edilməsi və dəyişdirilməsi mövzusuna toxundum, tarixi həqiqətin qorunub saxlanmasının və bu irsin gələcək nəsillər üçün müdafiəsinin vacibliyini vurğuladım", - paylaşımda qeyd olunub.

H. Hacıyevin sözlərinə görə, "Euronews"un baş direktorunun moderatorluq etdiyi paneldə Gürcüstanın xarici işlər naziri və BƏƏ-nin iqtisadiyyat və turizm naziri də iştirak ediblər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər