İsrail və Livanın ABŞ-dəki səfirləri Vaşinqtonda görüşüblər
Far.Az xəbər saytı

İsrail və Livanın ABŞ-dəki səfirləri Vaşinqtonda görüşüblər


İsrail və Livanın ABŞ-dəkı səfirləri Yehiel Leyter ilə Nada Hamade Muavad Vaşinqtonda görüşüblər.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail rəsmisi bildirib.

Onun sözlərinə görə, görüş ABŞ-nin vasitəçiliyi ilə keçirilən son danışıqlardan daha kiçik miqyasda olub. Növbəti genişləndirilmiş raundun gələn ay Romada keçirilməsi gözlənilir. Bu həftəyə planlaşdırılan danışıqlar qrafiklərin uyğunsuzluğu səbəbindən təxirə salınıb.

Bu arada Livan Prezidenti Jozef Aun bildirib ki, İsrail qoşunları Livanın cənubundan çıxarıldıqdan sonra İsraillə təhlükəsizlik sahəsində saziş bağlamaq istərdi.

Oxşar xəbərlər

Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər