İstanbulda LGBTİ+ dərnəklərinə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs edilib
Far.Az xəbər saytı

İstanbulda LGBTİ+ dərnəklərinə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs edilib


İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "cinayət törətmək məqsədilə təşkilat yaratmaq", "fahişəlik", "ədəbsizlik" və "istifadə etmək üçün narkotik vasitə saxlamaq və ya almaq" cinayətləri üzrə aparılan istintaq çərçivəsində 35 şübhəli saxlanılıb və onların polis idarəsindəki işləri tamamlanıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, şübhəlilərdən 1-i prokurorluqdakı ifadəsindən sonra sərbəst buraxılıb.

Şübhəlilərdən 20-sinin həbs edilməsinə, 14-ü barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiq olunmasına qərar verilib.

İstintaq çərçivəsində fiziki, əqli və psixoloji inkişafını hələ tamamlamamış uşaqlar ilə yetkinlik yaşına çatmayan gənclərin yaş və inkişaf səviyyələri nəzərə alınmadan cinsi oriyentasiya və cinsiyyət kimliyi mövzularında yönləndirildiyinə dair sübutlar əldə edilib.

Bu fəaliyyətləri həyata keçirdiyi hesab edilən dərnəklər ilə onları maliyyələşdirən şəxs və qruplar, "ödənişli sosial dostluq xidməti" adı altında istismara məruz qoyduğu hesab edilən şəxslər və əyləncə fəaliyyəti pərdəsi altında qanunazidd əməllərə şərait yaratdığı hesab edilən müəssisələr müəyyən edilib.

İstanbul mərkəzli əməliyyatda İstanbulda 20, Ankarada 4, Çanaqqalada 3, İzmirdə 2, Antalyada 2, Orduda 1, Elazığda 1, Balıkəsirdə 1, Aydında 1, Kırşehirdə 1, İğdırda 1 və Hatayda 1 olmaqla 38 şübhəliyə qarşı 38 ünvanda axtarış, tutulma və müsadirə işləri həyata keçirilib.

İstanbulda fəaliyyət göstərən 10 müəssisə ilə 6 LGBTİ+ dərnəyinin də aralarında olduğu 54 iş yeri, evdə əməliyyat keçirilib. 25 qram narkotik və psixotrop maddə, 10 qram kokain, 9 qram marixuana, narkotik maddə olduğu hesab edilən 10 sintetik həb, 7 iynə, 2 min şüşə qaçaq spirtli içki, 1 sənədsiz tapança, 5 kamera qeydiyyat cihazı və 26 mobil telefon götürülüb.

Oxşar xəbərlər

Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər