Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlarvə perspektivlər" mövzusunda konfrans keçirilir
"Ölkəmizdə yüzlərlə tarixi-dini abidə var ki, bu gün təyinatı üzrə - məscid, kilsə, sinaqoq kimi fəaliyyət göstərir və həmin tarixi-dini abidələrdə icmalarımız da var".
Far.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Tarixi-dini abidələrin qorunması: çağırışlarvə perspektivlər" mövzusunda keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2026-cı il cənab Prezidentin sərəncamı ilə ölkəmizdə Memaelıq və Şəhərsalma ili elan edilib. Bu il çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi birlikdə "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirir:
"Konfransın keçirilməsində məqsəd ölkəmizdə fəaliyyət göstərən yüzlərlə tarixi-dini abidələrin qorunması, eyni zamanda onların təmiri, bərpası, bununla yanaşı onların qorunub saxlanılmasıdır. Tarixi-dini abidələrimizin hər birinin özünün ayrıca bir hekayəsi var, həmin o hekayələr bu gün cəmiyyətimiz üçün, dindarlarımız üçün çox önəmlidir, keçmişdən nəticə çıxarmağımız baxımından, bu məsələləri müzakirə eləməkdir".
Sədr müavini vurğulayıb ki, tarixi-dini abidələrin qorunmasında dini icmaların, din xadimlərinin rolunu, imkanlarını müzakirə eləməkdir.
Bununla bağlı fəaliyyət Mədəniyyət Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.
"Bizim tarixi-dini abidələrimizin böyük əksəriyyəti, hansı ki, dünya səviyyəli, ölkə səviyyəli və yerli əhəmiyyətli tarixi-dini abidələrdir, bunların bir qismi artıq təmir olunubdur. O məscidlər, o kilsələr, o sinaqoqlar təmər olunub ki, onlar həm zəngin tarixə malikdirlər, həm də biraz öncə dediyim kimi onların məxsusi bir özəlliyi var. Bu nöqtei-nəzərdən xüsusi qeyd etmək istəyirəm Bakıdakı Təzəpir məscidini, Bibiheybət, Əjdərbəy, eyni zamanda Şamaxı Cümə məscidini, Gəncə İmamzadəsini. Bununla yanaşı kilsələr var ki, tarixi kilsələrdir, mən burada Alban kilsələrini, Rus Pravoslav kilsəsini xüsusi vurğulayardım. Bunlarla yanaşı sinaqoqlar var ki, Bakı ilə yanaşı Oğuzda, Qubada, Qırmızı Qəsəbədə fəaliyyət göstərirlər", - G. İsmayılov vurğulayıb.
"Konfranda əsasən din xadimləri, dini icma üzvləri, dindarlar və mədəniyyət sahəsində tarixi-dini abidələrin, ümumiyyətlə mədəni abidələrin qorunması sahəsində mütəxəssislər yaxından iştirak edirlər. Ümid edirk ki, bizim bu konfransımız, burada müzakirə eləyəcəyimiz məsələlər məhz Azərbaycan xalqının zəngin mədəniyyəti olan tarixi-dini abidələrimizin qorunub saxlanılmasında yeni bir mərhələnin başlanğıcı olacaq. Bilirsiniz, cənab Prezidentin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə ilk təmir olunan tarixi-dini abidələrdir. Bu da təsadüfi deyil, çünki biraz öncə qeyd etdiyim kimi tarixi-dini abidələr ibadət evi olmaqla yanaşı, tarixi abidə olmaqla yanaşı, həm də Azərbaycan xalqının mənəvi yaddaşını, tarixi yaddaşını özündə əks etdirir. Bu tarixi-dini abidələr həm də bizim üçün Azərbaycan xalqına xas məzhəblərarası birliyi, dinlərarası dialoqu, kultural, multikultural dəyərləri təbliğ etmək baxımından da önəmlidir".
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib
-
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb
-
Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar
-
Rusiyadan ABŞ-yə sərt reaksiya: "Kosmosda silahlanma qlobal təhlükəsizlik üçün riskdir"













