Adil Kərimli: "Azərbaycanın multikultural ənənələri cəmiyyətin həyat tərzinə çevrilib"
Far.Az xəbər saytı

Adil Kərimli: "Azərbaycanın multikultural ənənələri cəmiyyətin həyat tərzinə çevrilib"


Azərbaycanın milli və dövlət dəyərlərinin bir hissəsi olan multikulturalizm ənənələri cəmiyyətin həyat tərzinə və dövlət siyasətinə çevrilib.

Far.Az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli rəhbərlik etdiyi nazirliyin və Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər" konfransında deyib.

Onun sözlərinə görə, tarixi-dini abidələrin qorunması mədəni irsin mühafizəsinin mühüm istiqamətlərindən biridir. "Cənab Prezidentin qeyd etdiyi kimi, bu, bizim həyat tərzimiz və dövlət siyasətimizdir", - deyə A.Kərimli bildirib.

O qeyd edib ki, tarixi-dini abidələr yalnız memarlıq obyektləri deyil, həm də xalqın tarixi yolunu, dini dünyagörüşünü, ənənələrini və milli kimliyini əks etdirir.

Nazir vurğulayıb ki, Azərbaycan mədəni irs obyektlərinin qorunmasına, bərpasına və konservasiyasına xüsusi həssaslıqla yanaşır.

İşğaldan azad edilmiş ərazilərə toxunan A.Kərimli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni və dini abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər aparılır.

Banu Hüseynli

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər