Nazir müavini: "işğaldan azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəd bərpa edilib"
Ötən il dövlət hesabına Bakıda 3 məscid və 1 kilsədə, işğaldan azad edilmiş ərazilərdə isə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəddə işlər aparılıb.
Far.Az xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət Nazirinin müavini Səadət Yusifova "Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər" konfransında deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə tarixi-dini irsin inventarlaşdırılması və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə xüsusi diqqət yetirilib.
"Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkil edilməsi haqqında" fərmanının icrası çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni İrs Xidməti tərəfindən 2020-ci il noyabrın 3-dən etibarən 575 abidənin, o cümlədən Şuşa şəhərində 196 abidənin inventarlaşdırılması aparılır".
Qeyd olunub ki, inventarlaşdırma yalnız abidələrə təkrar baxış keçirilməsi ilə məhdudlaşmır.
Sahə tədqiqatları aparılır, obyektlərin elektron xəritələri hazırlanır, yüksək keyfiyyətli fotoçəkiliş və dronlarla çəkiliş həyata keçirilir, arxiv sənədləri öyrənilir.
Nazir müavininin sözlərinə görə, bu yanaşma mədəni irsin müasir idarəetmə prinsipləri əsasında sənədləşdirilməsinə imkan verir və gələcək bərpa, konservasiya və mühafizə tədbirləri üçün elmi əsas yaradır.
Banu Hüseynli
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib
-
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar
-
Lənkəranda baş verən qəzada 2 sərnişin ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB
-
BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb













