Milli Məclis Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiya edəcək
Far.Az xəbər saytı

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiya edəcək


Milli Məclis Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiya edəcək.

"Far.Az" xəbər verir ki, bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiqi haqqında qanun layihələri müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
İlham Əliyevin Qırğızıstan səfəri: Türk dünyasının geosiyasi xəritəsi yenidən formalaşır - ŞƏRH
Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər