ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir
Far.Az xəbər saytı

ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir


Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası hələ də yayılmaqdadır, lakin vəziyyətin yaxşılaşması üçün ümidverici əlamətlər müşahidə olunur.

"Far.Az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Qebreyesus bildirib.

"Ebola epidemiyasına qarşı mübarizədə üstünlük qazandığımıza dair ümidverici əlamətlər görməyə başlayırıq. Artıq sağalanların müalicəsi və (təkrar yoluxmanın – red.) qarşısının alınması sınaqları sürətlənir. Peyvənd sınaqlarının yaxın həftələr ərzində başlaması gözlənilir. Amma nəzərə alın: epidemiya yayılmağa və ölümlə nəticələnməyə davam edir", - "Africanews" telekanalı onun sözlərini sitat gətirib.

KDR-in Rabitə və Media ilə İş üzrə Nazirliyinin məlumatına görə, ölkədə laboratoriyada təsdiqlənmiş Ebola ölümlərinin sayı 3 500-ü keçib. Ölüm hallarının ümumi sayı 3 510-a çatıb, yoluxma halları 7 258-dir. Ölüm nisbəti 48,4 %-dir.

Konqo Demokratik Respublikasının xəstəxanalarda və təcrid mərkəzlərində xəstəliyin simptomları olan 903 xəstə var. Ebola virusuna yoluxmuş şəxslərlə təmasda olanların izlənməsi nisbəti 78,6 %-dir.

Ebola epidemiyası ölkənin 26 əyalətindən yeddisinə təsir edib. Hazırkı epidemiyanın episentri olan İturi əyaləti təsdiqlənmiş halların 78 %-ni təşkil edir.

Ebola epidemiyası 15 mayda Konqo Demokratik Respublikasında və Uqandada başlayıb. Afrikada ölümcül ikinci epidemiya halına gəlib. Uqanda 28 iyulda Ebola epidemiyasının bitdiyini elan edib və bu, ÜST tərəfindən 25 avqustda təsdiqlənib.

Ən böyük Ebola epidemiyası 2014-2016-cı illər arasında Qərbi Afrikada, Qvineya, Liberiya və Syerra-Leonedə baş verib. ÜST-ün məlumatına görə, yoluxma hallarının sayı 28 600-ə çatıb, ölənlərin sayı 11 000-i keçib.

Ebola virusu insanlara vəhşi heyvanlardan keçir. Virusa ilk yoluxma halı 1976-cı ildə indiki Konqo Demokratik Respublikasında (KDR) qeydə alınıb. KDR-də hazırda 17-ci Ebola epidemiyası baş verir.

Oxşar xəbərlər

Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var
ÜST rəhbəri Ebola epidemiyası fonunda Konqoya yollanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər