Layihə koordinatoru: "Nəsimi bağları"nda qonaqların rahatlığı üçün hər bir şərait yaradılıb
Far.Az xəbər saytı

Layihə koordinatoru: "Nəsimi bağları"nda qonaqların rahatlığı üçün hər bir şərait yaradılıb


"Nəsimi bağları" kompleksində qonaqların rahatlığı üçün hər bir şərait yaradılıb.

"Far.Az"un Prezidentin izi ilə Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Nəsimi bağları" kompleksinin layihə koordinatoru Zəhra Tağıyeva deyib.

O, istifadəyə verilən kompleksin bölgədə turizmin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını bildirib:

"120 hektarı əhatə edən Nəsimi Bağları" kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, müxtəlif mövzuları əhatə edən incəsənət nümunələri və iaşə obyektləri qurulub. Eyni zamanda, ərazidə 150 mindən çox bitki əkilib.

Ərazidəki üçmərtəbəli tikili kompleksin əsas binasıdır, orada qonaqlara ərazidəki məkanlar, turist marşrutları və təqdim olunan xidmətlər barədə məlumat verilir. Bu binada həmçinin "Capybara Cafe" və suvenir mağazası da yerləşir.

Kompleksin ərazisindəki dördmərtəbəli digər binada isə rayonun qədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var.

Bunlardan başqa, kompleksin ərazisində "Magic Village" hobbit evləri üslubunda inşa edilən tematik evlər, daha çox uşaqların maraq göstərəcəyi "Honey Nest" kafesi, geniş uşaq oyun meydançası və 9 metr hündürlüyündə baxış qülləsi mövcuddur. Burada həmçinin 100-ə yaxın rəssamın və heykəltaraşın əsərləri sərgilənir. Ümumiyyətlə, kompleksdəki bütün məkanlarda qonaqların rahatlığı üçün hər bir şərait yaradılıb".

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər