Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev bölgədə keçirilən Qadın Sahibkarlar Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda fondun aktiv portfelində qadın sahibkarların 40 maliyyələşdirilmiş layihəsi yer alır: "Maliyyələşdirilən layihələrin 88 %-ə yaxını muxtar respublikanın rayonlarının payına düşüb".
Nazir qeyd edib ki, 2026-cı ilin 8 ayında Fondun maliyyələşdirdiyi layihələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41 % çox - 149 olub. "Bu müsbət dinamika qadın sahibkarların layihələrində də özünü göstərir. Belə ki, 8 ayda 17 qadın sahibkarın layihəsinə ümumilikdə 700 min manata yaxın güzəştli kredit ayrılıb. Bu dövrdə fondun biznesə yönəltdiyi güzəştli kredit resurslarının 13 %-i qadın sahibkarların payına düşüb".
O hesab edir ki, bu rəqəm qaneətedici deyil: "Ona görə də fürsətdən istifadə edərək qadın sahibkarları daha fəal olmağa, yeni layihələr təqdim etməyə dəvət edirik".
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub
-
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
-
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb













