Neftçaladakı əmlak kompleksi investisiya müsabiqəsinə çıxarılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Neftçala rayonunun Sübh kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edib.
"Report" quruma istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun olaraq elan olunub.
Əmlak kompleksinin ümumi qiyməti 4 946 213 manatdır. Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8,5 milyon manatdan az olmayan investisiya proqramı, həmçinin 100-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidirlər.
Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün ərzində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsi imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (azı 2 milyon manat) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə həm yerli, həm də xarici investorlar da iştirak edə bilərlər. İddiaçıların ərizə və təkliflərinin qəbulu 19 oktyabr daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-a qədər Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.
Təkliflərin qiymətləndirilməsi Xidmətin inzibati binasında 21 oktyabrda saat 15:00-dan başlayaraq həyata keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub
-
Kuba yenidən işıqsız qalıb













