Murad Hüseynov: Türk Dünyası Bəstəkarlarının Qurultayı yaradıcılıq əməkdaşlığına töhfə verəcək
I Türk Dünyası Bəstəkarlarının Qurultayı yaradıcı potensialları birləşdirməyə, gənc müəllifləri dəstəkləməyə, türk dünyasının zəngin musiqi irsinin təbliğinə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır.
"Far.Az"un məlumatına görə, bunu mədəniyyət nazirinin müavini Murad Hüseynov Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini qurultayın yeni ideyaların və əsərlərin yaranmasına, eləcə də uzunmüddətli yaradıcılıq əməkdaşlığının başlanmasına mühüm töhfə verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Yenilənib













