İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib
Far.Az xəbər saytı

İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib


Gürcüstanda 1 600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni, tam təmirli mənzillərlə təmin olunacaq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimində bildirib ki, bu, indiyədək həyata keçirilən ən böyük layihədir.

Onun sözlərinə görə, layihəyə 280 milyon lari (təxminən 108 milyon dollar - red) sərmayə qoyulub və Tbilisidə müasir standartlara cavab verən yaşayış kompleksi yaradılıb.

İ. Kobaxidze qeyd edib ki, kompleks 11 bina və 2 400-dən çox mənzildən ibarətdir.

Baş nazir məcburi köçkünlərin layiqli mənzillə təmin edilməsinin hökumətin dəyişməz prioriteti olduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə Tbilisi ilə yanaşı, regionlarda da layihələr həyata keçirilir.

İ.Kobaxidze bildirib ki, Rustavidə 800 ailə üçün 4 bina, Zuqdididə 7 yeni binada 1 700-dən çox mənzil, Borjomidə isə 150 ailə üçün mənzillər inşa olunur. Ötən il Kutaisidə 720 mənzildən ibarət kompleksin tikintisi başa çatdırılıb.

O, həmçinin qeyd edib ki, 2012-ci ildən bəri Gürcüstanda 45 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin edilib.

Baş nazir bildirib ki, bu müddətdə təxminən 450 ağır və təcili vəziyyətdə olan kompakt yaşayış məntəqəsi bağlanıb və minlərlə insan daha yaxşı yaşayış şəraiti ilə təmin olunub.

Onun sözlərinə görə, təkcə 2026-cı ildə məcburi köçkünlərin mənzillə təmin olunması istiqamətində 240 milyon lari (təxminən 93 milyon dollar) xərclənəcək.

Qeyd edək ki, Avropa Şurasının 2025-ci il üzrə hesabatında Gürcüstan hakimiyyətinə istinadən 299 847 nəfərin məcburi köçkün statusuna malik insan olduğu bildirilib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər