“Haber Global”da COP29-un birinci günü geniş işıqlandırılıb
“Haber Global” telekanalı Bakıda başlanan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransını (COP29) geniş işıqlandırır.
“Far.Az” xəbər verir ki, mühüm beynəlxalq tədbir iqlim dəyişikliyinə qarşı tədbirləri müzakirə etmək üçün 100-dən çox ölkənin nümayəndələrini bir araya gətirib.
Telekanalın jurnalistləri və ekspertləri konfransın əsas məqamlarını qeyd edərək, iştirakçıların aktual qiymətləndirmələrini və fikirlərini təqdim ediblər.
“Haber Global” telekanalının baş meteoroloqu Bünyamin Sürmelinin da diqqət çəkib. O, dünya iqliminin kritik vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, dünya artıq iqlim dəyişikliyinin ciddi fəsadları ilə üzləşir ki, bu da Azərbaycan, İspaniya və İtaliyada quraqlıq nümunəsində görünür. “Planetimiz tarazlıq tapmağa çalışır, lakin antropogen fəaliyyətin nəticələri bu tarazlığı təhlükə altına alır”, – deyə Sürmeli vurğulayıb. O həmçinin deyib ki, COP29-da daha təmiz istehsal texnologiyalarına keçid üçün maliyyələşdirmə və qanunvericilik tədbirləri ilə bağlı məsələlər müzakirə olunur.
Telekanal həmçinin COP29-da Türkiyə pavilyonunun açılışını . Açılışda ətraf mühit və iqlim dəyişikliyi naziri Murat Kurum da daxil olmaqla Türkiyənin nazirləri iştirak ediblər. Nazir öz çıxışında Türkiyənin COP29-da iqlim dəyişikliyi ilə mübarizə üzrə strateji layihələrini təqdim etdiyini diqqətə çatdırıb. O həmçinin konfransın Azərbaycanla qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün əhəmiyyətini vurğulayaraq, Türkiyənin tədbirdə “güclü komanda” ilə iştirak etdiyini . Türkiyə stendində ölkənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında “sıfır tullantı” proqramı haqqında məlumat təqdim olunacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.09.2026)
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Bakıda insanları narahat edən gizli TƏHLÜKƏ - Yuxusuzluq, ürək xəstəliyi, əsəb...
-
Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
-
Bakı dayanacaqları ilə bağlı ŞOK RƏQƏM: Yarısı standartlara cavab vermir?













