Villiam Davila: "Təxminən 60 il əvvəl IE Madriddə nisbətən kiçik bir biznes məktəbi kimi fəaliyyətə başlayıb"
"Təxminən 60 il əvvəl IE Madriddə nisbətən kiçik bir biznes məktəbi kimi fəaliyyətə başlayıb".
BAKU.WS xəbər verir ki, bunu "IE University"nin Korporativ Əlaqələr üzrə İcraçı sədri Villiam Davila PAŞA Holding, SOCAR və İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılış mərasimində çıxışı zamanı deyib.
O, bildirib ki, bu gün aramızda IE məzunlarının olması ayrıca bir məmnunluq doğurur.
Onlar bizim üçün çox vacib bir şeyi təmsil edir. IE-nin bir hissəsi olmaq sinif otağından çıxanda bitmir, o, məzunların peşəkar səyahətininin bir parçasına çevrilir:
"Təxminən 60 il əvvəl IE Madriddə nisbətən kiçik bir biznes məktəbi kimi fəaliyyətə başlayıb. Kiçik bir qurum olmaqla yanaşı, insanları sadəcə dəyişən dünyanı başa düşməyə deyil, həm də onu formalaşdırmağa hazırlamaq kimi böyük ambisiyalara malik idi. Bu gün isə biz Bakıdayıq və İspaniyanın aparıcı təşkilatlarından bəziləri ilə birlikdə MBA açırıq".
Onun sözlərinə görə, IE ilk zamanlardan bəri sahibkarlığa, innovasiyaya, müxtəlifliyə və qlobal baxışa inanıb. Onilliklər ərzində həmin kiçik biznes məktəbi qlobal universitetə çevrilərək biznes, texnologiya, elm, beynəlxalq münasibətlər, dizayn, humanitar elmlər və bir çox digər bilik sahələrini bir araya gətirib.
IE bütün dünyada şirkətlər, qurumlar və hökumətlərlə sıx əməkdaşlıq edir: "Biz təşkilatlara istedadlarını inkişaf etdirməyə, liderliyi gücləndirməyə, transformasiyanı idarə etməyə və mürəkkəb strateji çağırışları həll etməyə kömək edirik. Biz biliyi götürüb onu təsirə çevirməyə çalışırıq. Təhsil, tədqiqat və real dünya arasındakı bu əlaqə kim olduğumuzun təməl hissəsidir".
Banu Hüseynli
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













