Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
Bakı və Abşeron yarımadasında ictimai nəqliyyatın inkişafı çərçivəsində gələcək tramvay şəbəkəsinin marşrutları müəyyənləşdirilib.
Far.Az-in məlumatına görə, hazırlanan perspektiv plana əsasən, yeni relsli nəqliyyat xətləri "Sea Breeze", Mehdiabad, Binəqədi, Bayıl və Həzi Aslanov istiqamətlərini paytaxtın əsas nəqliyyat qovşaqları olan "28 May" və "8 Noyabr" metro stansiyaları ilə əlaqələndirəcək.
Layihənin reallaşdırılması Bakı və Abşeron arasında sərnişindaşımanın daha rahat təşkilinə, xüsusilə sürətlə böyüyən yaşayış ərazilərinin şəhər mərkəzi ilə əlaqəsinin yaxşılaşdırılmasına imkan verə bilər.
Yeni tramvay xətlərinin paytaxtda avtomobil yükünün və tıxacların azalmasına da töhfə verməsi gözlənilir. Metro ilə inteqrasiya olunacaq marşrutlar sərnişinlərin bir nəqliyyat növündən digərinə daha rahat keçidini təmin edəcək.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Far.Az-ə bildirib ki, ümumilikdə perspektiv tramvay şəbəkəsi üzrə beş əsas istiqamət müəyyənləşdirilib:
"İlkin mərhələdə həmin istiqamətlərdən birinin - Məhəmmədli-Binəqədi-28 May marşrutu üzrə tramvay xəttinin yaradılması nəzərdə tutulur. Bildirilir ki, ilk tramvay xəttinin 2030-cu ilədək dövlət proqramı çərçivəsində istifadəyə verilməsi planlaşdırılır.
Yeni tramvay xətti şəhərin mövcud ictimai nəqliyyat sisteminə mühüm alternativ yaradacaq. Yüngül relsli nəqliyyatın tətbiqi Bakıdakı metro və dəmir yolu şəbəkəsini tamamlayaraq sərnişin mobilliyinin daha dayanıqlı təşkilinə imkan verəcək.
Xüsusilə metro və dəmir yolu ilə birbaşa əlaqənin olmadığı ərazilərdə tramvay xətlərinin yaradılması nəqliyyat şəbəkəsinin əhatə dairəsini genişləndirə bilər. Bu sistemdə avtobusların da tramvay, metro və dəmir yolu stansiyalarına sərnişin daşınmasını təmin edən əlaqələndirici - "qidalandırıcı" nəqliyyat funksiyasını yerinə yetirməsi nəzərdə tutulur".
Orxan Hüseyn
Oxşar xəbərlər
"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
"Sea Breeze 2026" beynəlxalq polo turnirinin açılış matçı baş tutub
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Tıxaclara son? - Metroya dəstək, avtomobilə alternativ: Bakıya tramvay qayıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır













