BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir
Far.Az xəbər saytı

BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir


Qlobal dövlət borcu, əsasən ABŞ və Çin borcunun artması səbəbindən, əvvəllər proqnozlaşdırılandan iki il tez, 2029-cu ilə qədər qlobal ÜDM-in 100%-ni keçəcək.

"Far.Az"un "Bloomberg"ə istinadən məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib.

Onun sözlərinə görə, BVF ABŞ-ı dövlət maliyyəsinin vəziyyətinə diqqət yetirməyə çağırır.

"ABŞ-ın maliyyə naziri Skott Bessentlə danışıqlardan sonra mövcud vəziyyətin dayanıqlı olmadığı və Vaşinqtonun büdcə kəsirini və dövlət borcunu tədricən azaltmasının zəruri olduğu barədə anlayış yaranıb", – deyə Georgiyeva bildirib.

O, həmçinin xəbərdarlıq edib ki, yüksək inflyasiyanın davam etməsi mərkəzi bankları uçot dərəcələrini artırmağa məcbur edə bilər. Borclanma xərclərinin artması isə dövlət borcuna xidmət göstərilməsini çətinləşdirəcək.

BVF rəhbəri qeyd edib ki, enerji təchizatında və nəqliyyat infrastrukturunda yaranan fasilələr Qətər, Küveyt və İraq kimi ölkələrin iqtisadiyyatlarının kəskin şəkildə kiçilməsinə səbəb ola bilər.

Qurum 2026-cı ildə Qətər iqtisadiyyatının 8,6% daralacağını proqnozlaşdırır. İranla müharibə başlamazdan əvvəl isə fond ölkə iqtisadiyyatının 6,1% artacağını gözləyirdi.

Oxşar xəbərlər

Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər