Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov "Axios" portalına bildirib ki, Kiyev və Moskva Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlarda ciddi irəliləyiş əldə ediblər.
"Report"un məlumatına görə, nəşrin müxbiri Barak Ravid bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Umerovla söhbət edib.
Umerov görüşün sentyabrın 22-də, çərşənbə axşamı günü baş tutmasının ehtimal edildiyini bildirib. İki ölkənin liderləri son telefon danışığı zamanı görüşmək barədə razılığa gəliblər. "Axios"un söhbətin məzmunundan xəbərdar olan mənbəsinin sözlərinə görə, Tramp Zelenskidən Rusiya ərazisindəki neft emalı zavodlarına hücumları dayandırmasını "dəfələrlə xahiş edib".
Mənbə bildirib ki, telefon danışığı zamanı "dizel" sözü dəfələrlə səslənib.
Umerov isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun yaxşı iş gördüyünü qeyd edib. Onun sözlərinə görə, tərəflər vaxt itirmir və diqqətlərini həll yollarının axtarışına yönəldiblər.
"Danışıqlarda ciddi irəliləyiş əldə olunub. Xüsusilə fikir ayrılıqlarının sayı onlarla məsələdən danışıqların əsas mövzusu olaraq qalan bir-iki məsələyə qədər azalıb", – deyə Umerov bildirib.
"Axios"un yazdığına görə, görüş Trampın Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalamasından və vəzifəyə gəldikdən sonra ABŞ ilə Ukrayna arasında ən böyük silah tədarükü sazişini təsdiqləməsindən bir neçə gün sonra keçiriləcək. Nəşrin məlumatına görə, Ukrayna bu iki addımı bir neçə ay ərzində ABŞ-dan tələb edib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
-
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
-
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
-
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
"Yle": Finlandiyanın "F-35" qırıcısı texniki nasazlıq səbəbindən Azor adalarında qalıb
-
Dmanisidən olan azərbaycanlı idmançı Gürcüstan çempionu titulunu qazanıb













