Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 23 % artırıb
Far.Az xəbər saytı

Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərci 23 % artırıb


Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 234,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

"Far.Az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 23 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə avqustda isə Gürcüstan Azərbaycandan 27,3 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 1,8 % azdır.

Bu ilin ilk 8 ayı ərzində Gürcüstan xarici ölkələrdən 1 milyard 864 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 55,6 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 796 milyon ABŞ dolları, Türkiyədən 191 milyon ABŞ dolları, Rumıniyadan 155 milyon ABŞ dolları, Bolqarıstandan 110 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına xərci mayda 53 % artıb
Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc apreldə 2 dəfə artıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər