Azərbaycanın turizm imkanları Pakistanda təqdim olunub
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) 15-19 sentyabrda Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində keçirilən silsilə tədbirlərdə Azərbaycanın turizm imkanlarını təqdim edib.
"Report" Agentliyə istinadən xəbər verir ki, tədbirlərdə "Azərbaycan Hava Yolları" QSC (AZAL), üç yerli turizm sənayesi nümayəndəsi, həmçinin Pakistanın "Pakistan International Airlines" (PIA) və "Airblue" aviaşirkətləri təmsil olunub. Görüşlərdə Pakistan turizm sektorunun 360-dan çox nümayəndəsi iştirak edib.
Proqram çərçivəsində Azərbaycanın tarixi və mədəni irsi, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq və ekoturizm imkanları barədə məlumat verilib.
Bundan əlavə, Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı elan edilməsi ilə bağlı təqdimat keçirilib.
Azərbaycan və Pakistan turizm sənayesi nümayəndələri arasında keçirilən işgüzar görüşlərdə iki ölkənin turizm sektorları arasında əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













